Sürücülərin nəzərinə: ehtiyatlı olun
15 mart 2013 18:54 (UTC +04:00)

Sürücülərin nəzərinə: ehtiyatlı olun

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarədən Lent.az-a bidirib ki, martın 14-ü axşam saatlarından etibarən paytaxtda dumanlı-çiskinli hava şəraiti müşahidə olunur. Xüsusi ilə də axşam və səhər saatlarında duman səbəbindən sürücülər üçün görmə məsafəsi azalır: “Belə hava şəraitində sürücülər maksimum ehtiyatlı olmalı, duman işıqlarından istifadə etməli və sürət həddini düzgün çeməlidirlər”.

 

Qeyd edək ki, hava şəraitinə görə, Bakının əsas magistrallarındakı elektron tablolarda göstərilən sürət həddinə də dəyişiklik edilib. Bəzi hissələrdə sürət həddi saatda 120 kilometr/saat-dan 80-ə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar