Suriyadan Azərbaycana qayıdan şəxs aeroportdaca həbs edildi - <span style="color:red;">YENİLƏNİB
17 aprel 2014 14:59 (UTC +04:00)

Suriyadan Azərbaycana qayıdan şəxs aeroportdaca həbs edildi - YENİLƏNİB

Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.


 

APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

 

Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.

 

Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

 

O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9240
avatar

Oxşar yazılar