Suriyada döyüşən 6 nəfərlik dəstənin məhkəməsi:<span style="color:red;"> "5-6 evdə olmuşam"
13 aprel 2015 13:32 (UTC +04:00)

Suriyada döyüşən 6 nəfərlik dəstənin məhkəməsi: "5-6 evdə olmuşam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən 6 nəfərlik dəstənin - Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid kimi ifadə verən Elmir Vəliyev təqsirləndirilən Namiq Məmmədovun bibisi oğlu olduğunu bildirib. “Mən tikintidə fəhləyəm. Dinadaram. Müsəlmanam. Məscidə gedib ibadət edirəm. Bibioğlum da dindardır. Onun Suriyaya getməyindən çox sonralar xəbərim olub. Çünki onunla son vaxtlar münasibətlərimiz soyuq idi. İlk əvvəllər onun Türkiyəyə getdiyini eşitmişdim. Sonradan Suriyaya getdiyini bildim. Namiq saxlanılandan sonra məni MTN-ə dəvət etdilər". 

 

Elmir Vəliyevin istintaqda verdiyi ifadə élan edilib. Onun məhkəmədə və istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər olub.

 

 

Bundan sonra hal şahidi Kamil Cəmilov ifadə verib.  O, ifadəsində həmin gün 5 evdə olduğunu, yalnız adını və soyadını bilmədiyi birinin evindən güllə çıxdığını bildirib. “ Həmin gün mənə Yaşar adlı şəxs zəng edib, hal şahidi kimi əməliyyatçılarının yanında mənzillərə gedəcəyimi bildirdi. Mən də razılaşdım. 5-6 məznildə olduq”.

 

 

Hakimlər və prokurorun suallarına cavab verən Kamil Cəmilov yazıb-oxumağı bilmədiyini, bundan da qabaqkı əməliyyatlarda hal şahidi kimi iştirak etdiyini məhkəmədə bildirib. “Yadımda qalmayıb, qoca kişiyəm. Evdən nə çıxıbsa, ona qol çəkmişəm”.

 

 

Digər hal şahidi olan Namizəd Səfəriliyev də, yalnız evlərin birindən güllə çıxdığını bildirib. “ Mən dövlətimin yanındayam. O güllələr insan sağlamlığı üçün ziyandır. Mən olan şeyi görüb, sonra protokala imza çəkmişəm”.

 

 

Məhkəmə prosesi aprelin 20-də davam edəcək.

 

 

 

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.

 

İstintaqla müəyyən edilib ki,  təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Səlcuq Elçin

Oxşar yazılar