Suriya hüquq müdafiəçiləri 2011-ci ilin martından sonra ölkədəki insan haqlarının vəziyyətinə dair hesabat yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, hüquq müdafiəçiləri bildirib ki, 2011-ci ilin yazından bir milyondan çox ölkə vətəndaşı həbs olunub.
Onların məlumatına əsasən, tutulanların çoxu həbsxanada çeşidli dərəcədə işgəncəyə məruz qalıb, onların müəyyən sayı zindanda həlak olub.
Mənbənin bildirdiyinə görə, Suriya hakimiyyəti hərbi bazalardan həbsxana kimi istifadə edib.