Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rufan Hüseynov 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Hüseynov 2014-2015-ci ildə Suriyada keçirilən qanunsuz silahlı birləşmələrdə keçirilən təlimlərdə iştirak edib. O, İŞİD tərkibində olan "Çeçen caamatı"na qoşulub və orada çalışıb. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.
Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.