
Piyadanı vurub öldürən sürücü saxlanıldı
Suraxanıda ölümlə nəticələnən qəza baş verib.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 27-də saat 22:00 radələrində baş verib.
Rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub və o, hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İlham Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01