Sumqayıtda ölüm hadisəsi baş verib. Lent.az-ın faktxeber.com-a istinadən məlumatına görə, hadisə “Kalxoz” bazarında olub. Təxminən 65-70 yaşlı kişinin qəfildən ürəyi sıxılmağa başlayıb. Ətrafdakıların köməyi ilə stulda əyləşdirilən kişi təcili yardım gələnə kimi dünyasını dəyişib. Hadisə şahidlərinin dediyinə görə, dünyasını dəyişən kişinin yanında bir qız uşağı da olub. Özünün həmin şəxsin nəvəsi kimi təqdim edən qız onun cibindən telefon və pulunu götürərək, kənarda kiminsə gəlməsini gözləyib.
Yaşlı kişi oturduğu yerdə öldü
0
0
0
0