Sumqayıtda yanan binadan 250 nəfər çıxarılıb
29 dekabr 2012 10:11 (UTC +04:00)

Sumqayıtda yanan binadan 250 nəfər çıxarılıb

Dekabrın 29-na keçən gecə Sumqayıt şəhərində baş vermiş yanğın söndürülüb. Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, beşmərtəbəli yaşayış binasının xarici divarlarına vurulmuş plastik materiallardan ibarət üzlük 100 kv.m sahədə və binanın damı tamamilə yanıb. Binanın dam örtüyünün yanar konstruksiyaları tamamilə 1000 kv.m (ümumi 1100 kv.m) sahədə yanıb. Yanğın zamanı 250 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

 

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2569

Oxşar yazılar