Yanvarın 17-də 4 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Elşən Nurməmmədov, Sumqayıt şəhər sakinləri Nəriman Cəfərov və arvadı Həqiqət, Gəncə şəhər sakini İradə Rzayeva evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilib.
Hər bir fakt üzrə aidiyyatı qurumlarda araşdırma aparılır.