Sumqayıtda baş vermiş dəhşətli olayda yanıq xəsarəti alan Lalə Xanıyeva xəstəxanada ölüb. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Saray kənd sakini Lalə Xanıyeva bu gün səhər 07:05-də Sumqayıt şəhər Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum olayla bağlı məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, sentyabrın 30-da 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobillə qaçırıb. M. Yaqubov qaçırdığı qızı Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.