Sumqayıtda 89 min partlayıcı oyuncaq aşkarlandı
27 dekabr 2014 13:32 (UTC +04:00)

Sumqayıtda 89 min partlayıcı oyuncaq aşkarlandı

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları profilaktik tədbirləri davam etdirir. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, idarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində səyyar satışla məşğul olan şəhər sakinləri Azər Məmmədovdan, Elvin Alıyevdən və Mübariz Zeynalovdan ümumilikdə 89 min ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar