İstirahət günlərində Sumqayıt şəhərində 3 nəfər dəm qazından boğulub. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 13-nə keçən gecə 1956-cı il təvəllüdlü Soltan Soltanov, yanvarın 14-nə keçən gecə isə 1965-ci il təvəllüdlü Şəhla İbrahimova və 1974-cü il təvəllüdlü Rəna Alışova dəm qazından boğulub.
Hər 3 şəxs yaşadıqları evdə bədbəxt hadisə ilə üzləşib.
Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır.