Sumqayıtda 31 yaşlı qadın faciəvi şəkildə öldü
29 aprel 2014 13:29 (UTC +04:00)

Sumqayıtda 31 yaşlı qadın faciəvi şəkildə öldü

0
Sumqayıtda faciəvi hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə   Sumqayıt şəhərində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1429

Oxşar yazılar