Sumqayıtda spirtli içkidən zəhərlənmə hadisəsi baş verib.
Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Emin Məmmədov axşam saatlarında evdə spirtli içki qəbul edib. Bir qədər sonra onun səhhətində problem yarandığından təcili tibbi yardım xidmətinə müraciət olunub. Müayinə zamanı onun qəbul etdiyi spirtli içkidən zəhərləndiyi üzə çıxıb. E.Məmmədov dərhal təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zəhərlənən şəxsə tibbi yardım göstərilib və onun vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.
Fakt araşdırılır.