<b>Məhkəmədə ürəkdağlayan anlar: <span style="color:red;">"Hələ şokdayam" </b>
18 iyul 2017 17:41 (UTC +04:00)

Məhkəmədə ürəkdağlayan anlar: "Hələ şokdayam"

0

 

 

Sumqayıt yolunda 6 tələbənin  ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı zərərçəkmiş Aydan Mürsəzadə iştirak edib.

 

Göz yaşlarını saxlaya bilməyən zərərçəkmiş ifadə verə bilməyib. Qəzadan sonra müalicə alan tələbə hələ də hadisənin şokunda olduğundan dindirilməyib.

 

Digər zərərçəkmiş tələbə Aytən Quluzadə də məhkəmədə ifadə verib. O, qəza zamanı baş nahiyəsindən xəsarət aldığını və həmin an baş verənləri xatırlamadığını deyib.

 

Digər zərərçəkmiş İlahə Alışova isə ifadəsində deyib ki, qəza zamanı qulaqcıqla mahnıya qulaq asdığı üçün heç nə görməyib.

 

 

İlahə Alışova qəzadan sonra ona Sumqayıt xəstəxanasında düzgün diaqnoz qoyulmadığını deyib: "Bakıya qayıdıb xəstəxanaya getdik. Ağ ciyərimdə zədə var idi. İki qabırğam əzilmişdi. Müalicə alıram".

 

Zərərçəkmiş sürücüdən şikayətinin olmadığını deyib.

 

 

Zərərçəkmiş tələbələrdən Tağıyev Samir də məhkəmədə dindirilib.  O, ifadəsində söyləyib ki, qəza zamanı huşunu itirib və oyananda xəstəxanada olub: "Oturmağa yer yox idi. Biz ayaq üstə gedirdik. Qabağı görmürdüm. İki il idi ki, həmin maşınla gedirdim. Qəzanın necə baş verdiyini xəstəxanada ayılanda bildim. Başım dəmirə dəyəndə huşumu itirmişdim".

 

O, Namiq Hüseynova qanun çərçivəsində cəza verilməsini istəyib.

 

Proses iyulun 20-də davam edəcək.

 

 

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

 

 

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

 

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Namiq Hüseynov bundan öncə də avtoqəza törətdiyinə görə 2013-ci ildə 1 il 6 ay islah işlərinə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar