Su üstündə dava: iki nəfər xəstəxanalıq oldu
20 may 2017 21:50 (UTC +04:00)

Su üstündə dava: iki nəfər xəstəxanalıq oldu

0

Şəmkirdə su üstündə kütləvi dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Su üstündə yaranan dava zamanı iki nəfər kənd sakini, 1990-cı il təəllüdlü Səbuhi Tağıyev və 1988-ci il təvəllüdlü Anar Gülməmmədov bir neçə nəfər tərəfindən döyülərək Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar