Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlı və qardaşı Sənanın 9 evin girişlərindəki su sayğaclarını oğurlamaları da müəyyən edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, başqa oğurluq hadisəsinə əsasən saxlanılan Faiq Bayramovun, Kənan Süleymanlı və qardaşı Sənanın eyni zamanda su sayğaclarını oğurladıqları bəli olub. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvarın 5-dən aprelin 4-dək olan müddətdə daha 9 evin girişlərindəki su sayğaclarını oğurlamaları da müəyyən edilib.