
Soyğunçuluq edən şəxslər saxlanıldı
0
0
Soyğunçuluq edən paytaxt sakinləri həbs edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 10-da saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən alıb.
24-cü Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılıblar.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
0
0