Soyğunçuluq edən şəxs saxlanılıb
02 avqust 2019 11:53 (UTC +04:00)

Soyğunçuluq edən şəxs saxlanılıb

0
Yevlaxda soyğunçuluq edən şəxs saxlanılıb
 
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 29-da Yevlax şəhər sakini A. Cəfərova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisindəki bazarda olarkən içərisində pul və bankomat kartları olan pul qabının oğurlandığı barədə məlumat verib.
 
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
 
Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar