Bakıdakı "uşaq oğrusu"...Rusiyada həbsdə yatır - <span style="color:red;">YENİLƏNİB
16 may 2014 16:46 (UTC +04:00)

Bakıdakı "uşaq oğrusu"...Rusiyada həbsdə yatır - YENİLƏNİB

Bu gün “facebook” sosial şəbəkəsində Bakıda uşaqları oğurladığı iddia olunan qadının şəkli yayılıb və bir azyaşlının da mayın 1-dən yaşadıqları həyətdən yoxa çıxdığı barədə elan yerləşdirilib.

 

Lent.az-ın xəbərinə görə, həmin xəbərlərdə “facebook” sosial şəbəkəsində Rusiya vətəndaşı olan Olya Emelyanko adlı qadının azyaşlıları uşaq bağçasından qaçırdığı bildirilib. Hətta iddiaya görə, o bu uşaqları “orqan mafiyası” üzvlərinə satır. Onun indiyə qədər Bakının Nərimanov və Yasamal rayonlarında 6 uşağı qaçırdığı da yazılıb və əhaliyə uşaqlarını qorumaları barədə xəbərdarlıq edilib.

 

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi Bakıda uşaqları oğurlayan şəxsin peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib. İdarənin rəisi, polis polkovniki Şərif Əsədullayev Lent.az-a bildirib ki, bu məlumatların əsası yoxdur: "Hamısı şaiyədir. Vəziyyətə tam ciddi nəzarət olunur. Belə məlumatlara inanmaq lazım deyil".

 

Qeyd edək ki, bu elan Sabina PC və “Online Shopping Azerbaycan” səhifələrində yerləşdirilib.

 

Araşdırma nəticəsində məlum oldu ki, bu foto keçən il Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən www.newsvl.ru saytında yayınlanıb. Həmin sayt 2013-cü il avqustun 9-da (http://www.newsvl.ru/vlad/2013/08/09/114911/)  Vladivostokada  “Polis dələduzları axtarır” başlıqlı yazı dərc edib. Həmin yazıda şəkildə gördüyünüz bu qadının  Qriqoraşenko Vasili Nikolayeviçlə birgə pensyia yaşına çatanların etimadından sui-istifadə edərək onlara qarşı dələduzluq etdiyi qeyd olunur. Yazıdan o da məlum olur ki, bu qadın həbs olunsa da, polis hələdə  Qriqoraşenkonu axtarır.

 

Məsələ bundadır ki, kiminsə bəlkə də "nəbz yoxlamaq" və ya "zarafat etmək" üçün paylaşdığı bu fotolu elan "facebook"da yüzlərlə paylaşmaya səbəb olub, minlərlə insan isə buna rəy bildirib. 

Ən pisi odur ki, neçə-neçə ailə bu qeyri-ciddi zarafatdan strees keçirib. Bəli, söhbət yaxını, əzizi itkin düşənlərdən gedir. 

Bu, həm də sosial şəbəkələrin qeyri-ciddi obrazının yaranmasına səbəb olur. Buranın ciddi informasiya mənbəyi funksiyasını daşıya bilmədiyini göstərir.  

***

 

12.51

 

Nazirlikdən Bakıda uşaq oğrusunun peyda olması xəbərinə RƏSMİ MÜNASİBƏT - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi Bakıda uşaqları oğurlayan şəxsin peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib

 

İdarənin rəisi, polis polkovniki Şərif Əsədullayev Lent.az-a bildirib ki, bu məlumatların əsası yoxdur: "Hamısı şaiyədir. Vəziyyətə tam ciddi nəzarət olunur. Belə məlumatlara inanmaq lazım deyil".

 

*****

 

12:35

 

Bu gün “facebook” sosial şəbəkəsində Bakıda uşaqları oğurladığı iddia olunan qadının şəkli yayılıb və bir azyaşlının da mayın 1-dən yaşadıqları həyətdən yoxa çıxdığı barədə elan yerləşdirilib.

 

Lent.az-ın xəbərinə görə, həmin xəbərlərdə “facebook” sosial şəbəkəsində Rusiya vətəndaşı olan Olya Emelyanko adlı qadının azyaşlıları uşaq bağçasından qaçırdığı bildirilib. Hətta iddiaya görə, o bu uşaqları “orqan mafiyası” üzvlərinə satır. Onun indiyə qədər Bakının Nərimanov və Yasamal rayonlarında 6 uşağı qaçırdığı da yazılıb və əhaliyə uşaqlarını qorumaları barədə xəbərdarlıq edilib.

 

“Facebook”dakı digər bir paylaşım isə bir azyaşlının yoxa çıxması barədə olub. Şəkli paylaşılan azyaşlı Məhəmmədli Baloğlan Cavid oğlunun bu il mayın 1-də yaşadıqları həyətdə oynayarkən yoxa çıxdığı bildirilir və uşağı görənlərdən 055 213 99 98 nömrəyə zəng etmələri xahiş olunur.

 

 

Qeyd edək ki, bu elanlar Sabina PC və “Online Shopping Azerbaycan” səhifələrində yerləşdirilib.

 

 

Məsələ ilə bağlı lent.az qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayıb. Telefonda özünü təqdim etməyən şəxs isə qeyri-adi açıqlama verib. O bildirib ki, bu dostunun onunla zarafatıdır: “Dostum bu elanı mənimlə zarafat üçün paylaşıb. Elandakı mənim uşaqlıq şəklimdir. Dostum mənimlə zarafat etmək istəyib və belə bir elan paylaşıb. Lakin onun dostluğunda olan şəxslər bunu ciddiyə alıblar və həmin məlumatı götürüb yayıblar. Mən dostumun adından bu axmaq zarafata görə, hamıdan üzr istəyirəm”.

 

 

Lent.az hazırda  “uşaq oğurlayan qadın”la bağlı məsələni də araşdırır.

 

Əlavə məlumat verəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14159
avatar

Nizam Rza

Oxşar yazılar