Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə ölənlərin sayı artmaqda davam edir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Soma Bələdiyyəsində verdiyi açıqlamada ölənlərin sayının 238 nəfərə çatdığını bildirib: “Özəl sektora aid mədəndə baş verən yanğın nəticəsində 238 nəfər işçimiz həyatını itirib. İlkin məlumatlara görə, 80 işçinin də həyatını xilas etmişik. Bu ana kimi yaralananlardan 19 nəfər evə buraxılıb. Millətimizin başı sağ olsun”.
***
17.20
Somada ölənlərin sayı 232-yə çatdı
Bu dəqiqələrdə Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı açıqlanıb. Lent.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölənlərin sayının 232 nəfərə çatdığını bildirib.
Xilasetmə işləri davam etdirilir.