Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 1997-ci il təvəllüdlü Sərxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 27-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il Sabunçu rayonunda baş verib. Rayon sakini 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ş. Yunisovu xilas etmək mümkün olmayıb. Aparılan araşdırmalar zamanı qətli onun həmyaşıdı Sərxan Çobanov tərəfindən törədildiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində S.Çobanov tutulub. Araşdırmalar zamanı dostu ilə restoranda yemək yeyən Şamo Yunusov, onunla gödəkcələrini dəyişmək üstündə söhbət ediblər. Bu zaman yan masadakı gənclər söhbətə müdaxilə ediblər. Şamo və dostu tanımadıqları şəxslərlə söhbət etmək üçün restoranın qarşısına çıxıblar. Restoranın qarşısında Şamo dostu ilə arasında olan söhbətə müdaxilə etdiyinə görə Sərxan Çobanova irad tutanda, Sərxan cibindəki bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Mərhumun yaxınları Şamonun dindar olduğunu bütün vaxtını məsciddə keçirdiyi deyiblər.