Özünü binadan atdı
29 sentyabr 2014 11:43 (UTC +04:00)

Özünü binadan atdı

Sentyabrın 28-də Bakıda Xaçmaz sakini intihar edib. Lent.az-ın məlumatına görə, bu barədə vesti.az-a Nərimanov Prokurorluğundan məlumat daxil olub. Məlumata əsasən Nərimanov rayonu, Ağa Nematulla küçəsi 78 saylı binada yaşayan 33 yaşlı Rafiq Əmirquliyev özünü yaşadığı binadan atıb. R.Əmirquliyev ağaca çırpılıb və ağır xəsarətlər alıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 

 

 

R. Əmirquliyevin cibindən çalışdığı yerin iş vəsiqəsi çıxıb. O, Dövlət Neft Şirkətinin işçisi olub. Əmirquliyevin atası oğlunu dəfn etmək üçün Yalamaya aparıb.

 

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət iş açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar