Siyəzəndə yol qəzası baş verib
23 fevral 2018 10:07 (UTC +04:00)

Siyəzəndə yol qəzası baş verib

0

 

Siyəzəndə yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub.

 

Nəticədə yanğın olub. Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinası, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar