Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 8 yaşlı Siyəzən şəhər sakini Baladadaşova İlahə Oqtay qızı musiqi məktəbinə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Ona ağır kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
8 yaşlı qızı avtomobil vurub
Faktla bağlı araşdırma aparılır.
795