
Şirvanda iş yoldaşını öldürənə hökm oxunub
Şirvanda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əziz İbadovun məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ə.İbadov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Şirvan şəhərində baş verib. Şəhər sakini Əziz İbadov münaqişə zəminində iş yoldaşı Abas Abbasovu qətlə yetirib.
Ə.İbadov isə özü könüllü polisə təslim olub. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar yazılar

Gəncədə sakini narkotik vasitənin əsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33
DSX mayoruna hücumda təqsirləndirilənlərin məhkəməsi: Ramal Aslanov ifadə verdi
9 iyul 2025 , 18:52
Bakıda iş adamının iki villasından yarım milyon manatdan çox oğurlandı
9 iyul 2025 , 17:32
Magistral yolda TIR aşdı, ata-oğul yanıb öldülər
9 iyul 2025 , 17:24