Bakı şəhər sakinlərinin “Repair House” MMC-nin vəzifəli şəxsi Məhəmməd Alməmmədov tərəfindən onlara qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə müraciətlərinə dair toplanan material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, M.Alməmmədov qulluq mövqeyindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinlərini özünün biznes fəaliyyətinə şərik edəcəyini yalandan vəd verib. Təqsirləndirilən şəxsin həmin sakinlərdən ümumilikdə 218 min manat pulu alıb dələduzluq etməsində, bundan başqa ona müraciət etmiş paytaxt sakinlərinin mənzillərinin təmiri ilə əlaqədar podrat müqaviləsi bağlamaqla sonunculara məxsus ümumilikdə 137 min manat məbləğində vəsaiti mənimsəməsində, həmçinin sərhəd keçməsinə məhdudiyyət qoyulduğu halda törətdiyi cinayət əməlləri ilə əlaqədar məsuliyyətdən yayınmaq üçün Azərbaycanın dövlət sərhədini müvafiq sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda olmaqla qanunsuz olaraq keçməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham elan edilib
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
355 min manat mənimsəmiş vəzifəli şəxslə bağlı YENİ XƏBƏR
6643