Bakıda şirkətdən oğurluq edən şəxslərdən daha biri yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub. Ondan 3,08 qram tiryək götürülüb
Araşdırmalar davam etdirilir.