Sirkə turşusundan zəhərlənmə halları qeyd alınıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Masazır qəsəbə sakini Təranə Həsənova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Sentyabrın 9-da isə Ağcabədi rayon sakini Leyla Hacıyeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.