Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən 6 saylı qəsəbədə qeydə alınıb.
Lent.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında qəsəbə ərazisində yerləşən Ramiz Ağayevə məxsus qarışıq mallar mağazasının pəncərəsinin şüşəsini sındıraraq, müxtəlif markalı siqaret bağlamalarını oğurlayıb.
Cəbrayıl rayon polis şöbəsinin müstəntiqi Azər Məmmədzadənin sözlərinə görə ,rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. O, Cəbrayıl rayon sakini Rasim Mahmudovdur.
Aparılan araşdırma zamanı məlum olub ki, bu onun ilk «işi» deyil. Belə ki Rasim Mahmudov əvvəllərdə törətdiyi cinayət əməlinə görə, məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb. Rasim Mahmudovun başqa cinayətlərdə iştirakı araşdırılır.