Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda yaranmış sıxlıq tam aradan qaldırılıb.
Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib.
"Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq dünən günün ikinci yarısından etibarən tam aradan qaldırılıb. Hazırda Azərbaycan-Gürcüstan sərhəddində heç bir sıxlıq müşahidə olunmur, nəqiyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir", - deyə qurumun açıqlamasında qeyd edilib.