<b>Pul üstündə dostunu öldürənə 11 il</b> <span style="color:red;">HƏBS
25 iyul 2018 12:50 (UTC +04:00)

Pul üstündə dostunu öldürənə 11 il HƏBS

Ov tüfəngi ilə dostunu öldürməkdə təqsirləndirilən Ehtiram Hidayətovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, E.Hidayətov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, qətl hadisəsi bu il fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində törədilib. Kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Hidayətov ov tüfəngindən 1973-cü il təvəllüdlü dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra E.Hidayətov polisə gələrək günahını etiraf edib. E.Hidayətov və Ə.Cəfərov orta məktəbdən dost olublar və qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə pul üstündə baş verib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-də işləyən E.Hidayətov dostuna 700 manat borc verib. Vədə tamam olsa da, Ə.Cəfərov pulu qaytarmayıb. E.Hidayətov dostugilə gedərək pulu istəyib. O, uşağının xəstə olduğunu deyib. Ə.Cəfərov isə nəinki borcunu qaytarmaq istəməyib, əksinə, uşaqlıq dostunu təhqir edib. Bundan qəzəblənən E.Hidayətov tüfəng dalınca evə gedib. Bir az sonra tüfənglə geri qayıdaraq dostunu güllələyib.

 

E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Səlcuq Elçin

Oxşar yazılar