Bu gün Abşeron Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, jurnalist Seymur Həziyə qarşı seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, məhkəmə prosesində Seymur Həziyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılıb və hakim İlkin Rəcəbli vəsatəti təmin etməyib.
Jurnalistin vəkili Adil İsmayılovun məlumatına görə, Seymur Həzi ilə dalaşan Məhərrəm Həsənov bir neçə gün öncə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Seymur Həzi avqustun 29-da Məhərrəm Həsənova güc tətbiq etmə iddiası ilə saxlanılıb. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur.