Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 Mart
GÜNÜN ŞƏRHİ
Rus generalın İrəvana və ermənilərə bu xəbərdarlığı Ermənistanın bir dövlət kimi azad olmamasının, ən xırda məsələlərdə belə müstəqil qərar verməkdə acizliyinin göstəricisidir. Bu fakt Ermənistanın Rusiyanın bir əyaləti olmasını deməyə də tam əsas verir. Bu, həm də o deməkdir ki, Ermənistan iqtidarı və xalqı Kremlin göstərişi olmadan heç bir hərəkət edə bilməz. Ölkə sərhədlərinin Rusiya sərhədçilərinin nəzarətində olması, qondarma soyqırımının 100 illiyi ərəfəsində İrəvana dəvət olunanların səfərləri belə, başqa bir dövlətin diqtəsi altında baş tutur. Bu isə Ermənistanın sərhədlərinin, ermənilərin saxta ideologiyasının, tarixinin və gələcəyinin də başqaları tərəfindən cızıldığını və yazıldığını aydın şəkildə sübut etmiş olur...
82