![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun[/b]
GÜNÜN ŞƏRHİ
Türkiyə Davudoğlu dönəmindən əvvəlki dövrə qayıdır. İsraillə münasibətlər bərpa olunur, Moskvadan təyyarənin vurulmasına görə üzr istənilir. İsrail və Rusiya ilə münasibətlərin korlanması tək Davudoğlunun günahı deyildi. Amma geri addımlar məhz Davudoğlu getdikdən sonra atılıb, bu həm də xarici siyasətdə yaşanan bütün problemlərin günahını dolayı yolla sabiq baş nazirin ayağına yazmaqdır. "Günah keçisi" seçilməklə Davudoğlu Türkiyəyə növbəti xidmətini etmiş oldu. İstər Rusiya, istərsə İsraillə münasibətlərin normallaşdırılması Türkiyənin üzləşdiyi bəzi problemləri həll etmiş olacaq. Türkiyənin Suriya siyasətindən köklü dəyişikliklərin baş verəcəyini indidən proqnozlaşdırmaq olar. Bu problemlərin başında Suriya sərhədi boyunca "kürd qurşağı"nın yaradılması və PKK problemi gəlir. Ankara hər iki məsələdə ABŞ-ın dəstəyindən məhrumdur, əksinə Vaşinqton həm "kürd qurşağı", həm PKK məsələsində Türkiyənin maraqlarına zidd siyasət yürüdür. Vaşinqtondan əlini üzən Ankara artıq problemi İsrail və Rusiyanın köməyi ilə həll etməyə çalışacaq.
Oxşar yazılar

Sabirabadda “Muğan” klinikası yanır
15 iyun 2025 , 16:53
Biləsuvarda baş verən qəzada 2 nəfər öldü -YENİLƏNİB
15 iyun 2025 , 16:01
Cəlilabadda yük avtomobili yandı -VİDEO
15 iyun 2025 , 13:56
Bakının Şıx çimərliyində dənizdə iki yeniyetmə batdı -VİDEO
15 iyun 2025 , 12:59
Astarada əri 22 yaşlı qadını vəhşicəsinə göydü
15 iyun 2025 , 11:38
Aktrisa İradə Rəşidovanı skuterlə vuran şəxs saxlanıldı
15 iyun 2025 , 11:20
Zaqatalada motosiklet aşdı, ölən var
15 iyun 2025 , 09:46