Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Avqust
24 avqust 2015 20:06 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Avqust

0

GÜNÜN ŞƏRHİ
 
Türkiyənin yeni parlamentini formalaşdıracaq amil məlumdur. İnsanlar siyasi partiyalara terrora münasibətinə görə səs verəcək. PKK terror təşkilatının törətdiyi qətlləri dəstəkləyənlər bir partiyaya, PKK ilə müzakirələrin davam etdirilməsini məqbul sayanlar başqa partiyaya, terrora qarşı daha sərt mübarizə aparılmasını istəyənlər üçüncü partiyaya səs verəcəklər. Və noyabrın 2-də təkcə yeni parlament formalaşmayacaq, həm də Türkiyə cəmiyyətinin terror təhlükəsinə, bu təhlükənin aradan qaldırılmasına münasibəti məlum olacaq. Parlamenti bu dəfə iqtisadi məsələlər, minimum əmək haqqı, Türkiyənin xarici siyasəti, məcburi təhsil, baş örtüsü kimi məsələlər deyil, terror problemi müəyyənləşdirəcək. Bu baxımdan partiyaların iyunda topladıqları səsi bir aşağı, bir yuxarı noyabrda da toplayacağını söyləmək yanlışdır. Əksinə noyabr seçkiləri parlamentdə mənzərəni kökündən dəyişə bilər. Və yeni parlamentin tərkibi həm də iki faktordan asılı olacaq. Partiyaların PKK ilə bağlı manipulyasiyalarından və xalqın siyasilərin səmimiyyətinə inamından... Səmimiyyətə inam isə çətin məsələdir, üstəlik siyasilərin səmimiyyətinə inam lap çətindir... Buna görə bir şeyi əminliklə demək olar, noyabrda seçici fəallığı iyundakı kimi yüksək olmayacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar