Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Noyabr
20 noyabr 2015 20:15 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Noyabr

Günün şərhi

 

Rusiyanın Əsəd qüvvələrinin irəliləməsinə şərait yaradan bu addımı birbaşa Türkiyənin maraqları əleyhinə yönəlib. Əvvəla, etnik və tarixi yaxınlıqdan əlavə, türkmənlər Ankaranın Suriyada istinad etdiyi və dəstəklədiyi əsas qruplardan biridir. Türkmənlərin zəiflədilməsi və o bölgədən qovulması Türkiyənin Suriya siyasətinə ciddi zərbə olardı.

 

Digər tərəfdən, türkmənlərin yaşadığı bölgə Türkiyənin Hatay bölgəsinin bilavasitə yaxınlığında yerləşir və Ankara həmin zonada Əsəd rejiminin nəzarətinin bərqərar olmasını qətiyyən istəmir.

 

Rusiyanın bombardmanları həm də Suriyanın şimalında güvənli bölgənin yaradılmasına dair Türkiyənin planlarına qarşı yönəlib. Ankaranın bombardmanlara sərt etirazının kökündə yatan səbəblər bunlardır. Ümumiyyətlə, Suriya məsələsində Türkiyə və Rusiyanın maraqları toqquşur və zaman-zaman bu cür problemlərin ortaya çıxması gözlənilməz deyil.

 

Xatırlatmaq yerinə düşər ki, Rusiya Suriyada hava əməliyyatlarına başlayarkən bu ölkə hərbi təyyarələri 2 dəfə Türkiyənin hava məkanını pozmuşdular və bu insident iki ölkə münasibətlərində problemə səbəb olmuşdu.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar