GÜNÜN ŞƏRHİ
Suriyaya döyüşməyə gedən insanların taleyi məni zərrə qədər maraqlandırmır, hər kəs öz ağlının çörəyini yeyir. Suriyaya gedən insanlar bəlkə də sonradan həqiqəti anlayırlar, bəlkə də din pərdəsi altında ət maşının ağzına göndərildiklərini sonadək anlamırlar, amma artıq geriyə yolun olmadığını anlamamış deyillər. Məni bu yox, bu dar təfəkkürün Suriyaya sürüklədiyi körpə uşaqların taleyi maraqlandırır. Özlərini cəhənnəm oduna atanlar övladlarını niyə bu ət maşınının gözünə itələyirlər? 12 yaşlı qızın minlərlə uşağın öldürüldüyü Suriyada, İraqda taleyi necə olacaq? Bu sözləri yazmaq, o uşağın taleyini yaşamaq qədər çətindir. Allah əfv eləsin!