Sevinc Babayevanın ailəsindən qadağa
28 dekabr 2012 12:57 (UTC +04:00)

Sevinc Babayevanın ailəsindən qadağa

Sevinc Babayevanın ailəsi “Medicana İnternational” klinikasına məsələ ilə bağlı məlumat verməyi qadağan edib. Klinikadan Lent.az-a bildirilib ki, S.Babayevanın ailəsi bu məsələ ilə bağlı yalnız Azərbaycanın İstanbuldakı Baş konsulluğunun məlumat verməsini istədiklərini bildirib: “Onlar bizə bildirdilər ki, məlumat verməyək. Bütün məlumatları konsulluq açıqlayacaq”.

 

Xatırladaq ki, klinikadan bir qədər əvvəl açıqlama veriləcəyini bildirmişdilər.

 

Qeyd edək ki, Sevinc Babayevanın Türkiyədə hospitallardan birində öldüyü artıq təsdiqlənib. APA-nın Türkiyə bürosunun xəbərinə görə isə S. Babayeva dünən səhər saatlarında İstanbulun Bəylikdüzü səmtində yerləşən “Medicana İnternational” Klinikasına müraciət edib. O, bir neçə saat sonra həmin klinikada vəfat edib. Xəstəxanadan APA-nın yerli bürosuna Sevinc Babayeva adlı şəxsin vəfat etdiyini təsdiqləyiblər. Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları xəstəxanadırlar. İstanbul polisindən isə onlara hələ də bu barədə hər hansı məlumat daxil olmadığını bildiriblər.

 

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın dünyasını dəyişməsi haqqında məlumat dünən yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5931

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43