Abşeron rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının evindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. APA TV-nin məlumatına görə, 29 yaşlı Babayev Səbuhi Çingiz oğlu 1 il Aysel Qasımova ilə qeyri-rəsmi münasibətdə olub. Bir-biri ilə müntəzəm görüşməyən cütlük ötən ilin dekabr ayında bir həftə birlikdə yaşamağa qərar veriblər. Gəncədən Bakıya gələn Səbuhi Babayev Xırdalan şəhərindəki "Quşculuq" massivində sevgilisinə məxsus evdə bir həftə qaldıqdan sonra ona məxsus pul və qızıl zinət əşyalarını götürərək aradan çıxıb.
Aysel Qasımova Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Bir neçə ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbuhi Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Səbuhi Babayevin digər cinayət əməllərinin olub-olmaması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.