Səttar Mehbalıyevdən Aslan İsmayılova ŞOK İTTİHAM: “Mən rədd elədim”
27 dekabr 2013 17:36 (UTC +04:00)

Səttar Mehbalıyevdən Aslan İsmayılova ŞOK İTTİHAM: “Mən rədd elədim”

Aslan İsmayılov: “Dünən yanıma adam göndərmişdi ki…”

 

 

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədri Səttar Mehbalıyev II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı məsələnin təfərrüatını açıqlayıb.


 

Bu barədə APA-ya açıqlama verən S. Mehbalıyevin sözlərinə görə, həmin ərazidə obyekti sökülən yalnız Z. Həsənov olmayıb: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, “Kurort” Səhmdar Cəmiyyəti bizə müraciət etdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib: “Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur”.

 

S. Mehbalıyev Z. Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: “Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Bununla bağlı da hazırda məhkəmə prosesi gedir. Biz məhkəmənin qərarını gözləyirik. Aslan İsmayılov elə dünən də mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedim qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.

 

A. İsmayılov da APA-ya açıqlamasında dünən S. Mehbalıyevlə görüşdüyünü təsdiqləyib. Lakin o bildirib ki, ona adi olan 3 sot torpaq sahəsi ilə Zaur Həsənovun torpaq sahəsi ayrı-ayrı yerlərdə olub: “Həmkarlar Konfederasiyası ilə aramda məhkəmə çəkişməsi olub və bu işi onlar qazanıb. Buna baxmayaraq, Səttar Mehbalıyev əlində məhkəmə qərarı olsa da, mənimlə barışıq elədi, hətta sökdürdüyü hasarımı da bərpa etməyimə mane olmadı. Dünən isə mənim yanıma adam göndərmişdi ki, Zaur Həsənovun məsələsinə qarışsam, həmin məhkəmə qərarını icra etdirəcək və hasarımı sökdürəcək. Bunu mən özümə qarşı təhqir qəbul etdim. Məhz buna görə dünən onun yanında olmuşam”.

 

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Z. Həsənov tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb və Z. Həsənovun şikayətləri əsassız sayılıb.

 

Konfederasiya həmin məsələ ilə bağlı məhkəmə qərarlarını APA-ya təqdim edib. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin işə baxaraq Bibiheybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edib. Məhkəmə «Şıx» sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və sahə boşaldılmasına qərar verib.

 

Bakı Apellyasiya Məhkəməsi Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlayıb və cavabdeh Z. Həsənovun apellyasiya şikayəti təmin edilməyib.

 

Daha sonra həmin iş üzrə Ali Məhkəmədə Z. Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb. Z. Həsənov tərəfindən verilmiş kassasiya şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05