Sərxoş müştəri taksi sürücüsünü öldürdü, sonra yandırdı - TƏFƏRRÜAT
22 fevral 2013 14:36 (UTC +04:00)

Sərxoş müştəri taksi sürücüsünü öldürdü, sonra yandırdı - TƏFƏRRÜAT

Bir neçə gün əvvəl İmişli rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Ağayev xuliqanlıq zəminində həmyerlisi Rauf Bayramova bıçaqla xəsarət yetirdiyinə görə tutulub. N.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 16-da Mənsudi Orucovu qətlə yetirməsi müəyyən edilib.

 

Məlumata görə, N.Ağayev fevralın 16-da sərxoş vəziyyətdə 1966-cı il təvəllüdlü Mənsudi Orucovun taksi kimi istifadə etdiyi 66 BB 616 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı şəxsi avtomobilinə minib. Mənzil başına çatmamış sərxoş müştəri sürücünü bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə o izi itirmək məqsədi ilə Mənsudi Orucovun meyitini avtomobilin içinə qoyaraq maşına od vurub. Qətli törətmiş 27 yaşlı Niyaməddin Ağayev hadisə yerindən qaçıb. Polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilən N.Ağayev ilkin dindirmələr zamanı qətli hansı səbəbdən törətdiyini xatırlamayıb. O, 3 uşaq atası olan M.Orucovu “elə-belə” öldürdüyünü deyib.

 

Verilən digər məlumata görə, N.Ağayev təhlükəli şəxsdir. Bildirilir ki, spirtli içki qəbul edəndən sonra N.Ağayev ən qəddar və ağlasığmaz hərəkətləri də edə bilər.

# 2235
avatar

Nizam Rza

Oxşar yazılar

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33