Sərxoş gənc Xəzərdə batıb
19 may 2014 10:08 (UTC +04:00)

Sərxoş gənc Xəzərdə batıb

Mayın 19-na keçən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralıda nəzarətsiz ərazidə) 1 nəfərin sərxoş halda çimərkən batması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dalğıc-xilasedicilər axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.

 

1993-cü il təvəllüdlü Amanov Vüsal Adil oğlunun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılıb çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 00:50-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar