Sərhəddən külli miqdarda pirotexniki vasitə keçirmək istədilər
16 dekabr 2015 11:34 (UTC +04:00)

Sərhəddən külli miqdarda pirotexniki vasitə keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Lent.az-ın  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən verdiyi məlumata görə, sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dekabrın 12-də saat 01:00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirilmiş 1500 qutu “MM” siqaretlərini  gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.

Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıb.

 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar