Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi “FORD TRANZİT” markalı avtomaşına gömrük baxışı keçirilib. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Baxış zamanı avtomaşından hər biri 250 qram olmaqla 100 qutu “Sokol” markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli və hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, eləcə də 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, 1 qutu piston, 1 ədəd “İJ-18” modelli 174689 nömrəli tüfəng, 1 ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllələr aşkar olunub.