Separatçıların əhatəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb
27 avqust 2015 17:35 (UTC +04:00)

Separatçıların əhatəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb

Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

 

V. Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqasvimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib. V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

 

Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28