Şəmkirdə qarajda yanğın olub
24 dekabr 2016 19:12 (UTC +04:00)

Şəmkirdə qarajda yanğın olub

0

 

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan dəmirdən ibarət qarajda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı qarajın içərisinə yığılmış avtomobil ehtiyat hissələri 6 m2 sahədə və qarajın ətrafında 10 m2 sahədə məişət tullantıları yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar