Şəmkirdə 44 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 1968-ci il təvəllüdlü İsmayılov Zirəddin Abbasəli oğlu dərinliyi 30 metr olan su quyusuna düşüb. O, aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Z.İsmayılovun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.