Şəmkirdə 2 nəfər yol qəzasının qurbanı oldu
17 dekabr 2012 10:32 (UTC +04:00)

Şəmkirdə 2 nəfər yol qəzasının qurbanı oldu

Dekabrın 16-da Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "KİA" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobildə olan iki nəfər hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar