Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı
22 noyabr 2015 01:33 (UTC +04:00)

Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı

0

Şəmkir. Azər Məmmədli –  APA. Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan İsmayılov döş nahiyəsindən bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, R. İsmayılovu bıçaqlayan şəxsin kimliyi məlumdur və o saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar